Haqqimizda

BİZİM HAQQIMIZDA


Azərbaycanda eksklüziv dizayn layihəsinin yaradılmasından tutmuş təmir -tikinti işlərinin son mərhələsində binaların təmizlənməsinə qədər hərtərəfli xidmətlər göstəririk. İllər ərzində şirkət müxtəlif tapşırıqları həll etməyə hazır olan təcrübəli mütəxəssislərdən ibarət bir komanda formalaşdırdı. Bizim işimizin yüksək keyfiyyəti artıq "Global Activity" MMC -nin xidmətlərindən istifadə etmiş müştərilərin müsbət rəyləri ilə təsdiqlənir. Əsas prioritetlərimiz arasında minimum müddət ərzində işin icra edilməsi, yüksək keyfiyyəti və müştərinin istəklərinə operativ reaksiyanın göstərilməsidir. Müqavilənin bütün bəndlərinin icrası və işin keyfiyyəti gözləniləndən də artıq nəticəyə zəmanət verən texniki nəzarət tərəfindən idarə olunur!

Təmir - tikinti şirkətinin üstünlükləri:
-Təmir və tikinti sahəsində təcrübə. "Global Activity" MMC Tikinti Şirkəti 2009 -cu ildən fəaliyyət göstərir və müştəriləri yüksək xidmət keyfiyyəti ilə sevindirir. Ustalarımız mütəmadi olaraq ixtisasartırma kursları keçirlər;
-İşin icra şərtləri və təxmini dəyərini göstərən rəsmi müqavilənin bağlanması. Biz, daxili nəzarətə xüsusi diqqət yetiririk, buna görə də hər bir obyektdə razılaşdırılmış müddətə cavabdeh olan peşəkar ustalar mövcuddur;
-Mövcud tikinti normalarına və qaydalarına uyğun olaraq əlverişli qiymətə təmir və tikinti işlərinin tam spektri;
- Əməkdaşlığın ilkin mərhələsində, obyektinizə gələcək işlərin siyahısını təyin edəcək, materialların miqdarını hesablayacaq, smeta tərtib edəcək və Sizə tamamilə pulsuz məsləhət verən qiymətlənidirici göndərəcəyik!
Tikinti materialları ilə açar təslimi təmir kimi xidmətlərin göstərilməsi. Müştərinin istəyi ilə, Sizin materialın seçilməsində və çatdırmasında çətinlik çəkməyinizdən xilas edərək, bütün zəruri qara və təmiz materialları alıb çatdıra bilərik. Biz yalnız yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz materialları seçirik və hər bir alış qəbzlə təsdiqlənir;
- Şirkətimizlə əməkdaşlıq etməklə, Siz şəxsi nəzarəti həyata keçirərək təmirin aparılması barədə tam şəffaf məlumatı əldə edəcəksiniz;
- "Global Activity" MMC - nin mütəxəssisləri mütəmadi olaraq, Sizə işin keyfiyyətini təsdiq edən foto hesabatlar göndərəcəklər;
-Bütün göstərilən xidmətlərə 1 il müddətinə rəsmi zəmanət verilir;
- Dəyişən endirimlər, bonuslar, eləcə də müştərilər üçün xoş hədiyyələr.