19 iyun 2025-ci il tarixində Bakı şəhərində “İslahatlara hazırıq” şüarı altında keçirilən Milli Biznes Forumunun altıncı xüsusi sessiyası dayanıqlı nəqliyyatın inkişafı və infrastrukturun təkmilləşdirilməsi mövzusuna həsr olunub. Tədbir Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə, Caspian Energy Club və Azərbaycan Milli Sahibkarlar Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.
Global Activity Construction şirkəti tədbirdə direktor Feyzullayev Feyzulla təmsilçiliyində iştirak edərək nəqliyyat sahəsində əsas problemlər və onların həlli yolları ilə bağlı müzakirələrə qatılıb, dövlət və özəl sektor arasında əməkdaşlığın optimallaşdırılması üzrə təkliflərini təqdim edib.
Forum çərçivəsində yol infrastrukturunun təkmilləşdirilməsi, yük və sərnişin daşımalarının rəqəmsallaşdırılması, parklanma və ictimai nəqliyyatın təşkili ilə bağlı yeni yanaşmalar müzakirə olunub. İnteraktiv sessiyalarda sahibkarlar AYNA və aidiyyəti qurumların nümayəndələri ilə fikir mübadiləsi apararaq inzibati və texniki maneələri, həmçinin onların aradan qaldırılması yollarını qeyd ediblər.
Tədbirin yekununda Global Activity Construction şirkətinə Caspian Energy Club-un qızıl üzvlük sertifikatı təqdim olunub. Bu sertifikat şirkətin ölkədə biznes mühitinin inkişafına verdiyi töhfənin və milli iqtisadi dialoqda fəal mövqeyinin tanınmasının göstəricisidir.