Xəbərlər

Global Activity Construction Caspian Energy Club-un fəxri üzvü oldu

Bakı, 11 iyun 2025 – Beynəlxalq biznes platforması olan Caspian Energy Club-un təşkilatçılığı ilə keçirilən Caspian Energy Forum çərçivəsində Global Activity Construction şirkətinə qızıl üzvlük sertifikatı (Gold Membership Certificate) təqdim olunub.

Caspian Energy Club 50 ölkədən 5 000-dən çox şirkəti birləşdirən regionun ən böyük biznes birliklərindən biridir. Klubun üzvü olmaq B2B və B2G formatlarında geniş əlaqələr qurmağa imkan yaradır – CEO səhər yeməkləri, biznes turları, ekspert sessiyaları və forumlar vasitəsilə beynəlxalq tərəfdaşlığın inkişafına və “Middle Corridor” çərçivəsində infrastruktur təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərilir.

Global Activity Construction açıq və peşəkar biznes dialoqu üçün yaradılan bu platformaya görə Caspian Energy Club-a təşəkkürünü bildirir. Biz inanırıq ki, bu tərəfdaşlıq yeni iddialı layihələrin və strateji qərarların təməlini qoyacaq.